Azərbaycan XİN: Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib
27.04.2023
Xanım nazir çıxışı zamanı dedi ki, Fransa Azərbaycan tərəfindən atılan birtərəfli addımları qəbul etmir. Digər tərəfdən isə, beynəlxalq ədalət məhkəməsinin qərarına istinad da eşitdik.
"DM" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
"Birincisi, Azərbaycanın atdığı birtərəfli addıma gəldikdə, öz konstitusiyasına uyğun olaraq, öz ərazisində addım atıb. Bu addımından iki il yarım öncə hər kəsə problemin mahiyyətini deyib. Bu illər ərzində Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəldikdə isə, bayaq dediyimiz o 3 istiqamət üzrə Laçın yolu hər zaman açıqdır”, - nazir vurğulayıb.