21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

XİN rəhbəri: Yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir

27.04.2023

Yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir.

"DM" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan fiziki görüşlər keçirməməklə yanaşı, şərtlərin verilməsi prosesində də ciddi ləngimələrə səbəb olur: "Son dəfə Ermənistandan biz sülh müqaviləsi ilə bağlı şərtləri almaq üçün 6 həftə vaxtımız getdi. Bu da prosesin gedişatı ilə üst-üstə düşən hal deyil”.

Ceyhun Bayramov vurğulayıb ki, delimitasiya prosesi üçün son bir neçə ay ərzində bəzi bəlli işlər getsə də, Ermənistan daha intensiv və dinamik hərəkət edə bilərdi: "Azərbaycan dövləti tərəfindən yerli ermənilərin reinteqrasiyası ilə bağlı müzakirələrin aparılması üçün Azərbaycan tərəfindən nümayəndənin təyin edilməsi, növbəti mərhələ danışıqların Bakıda keçirilməsi üçün iki dəfə çağırışın edilməsini biz pozitiv olaraq görürük”.