Zaxarova Laçın yolundakı vəziyyətdən danışıb
27.04.2023
Laçın yolunda vəziyyətə görə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz rəsmi mövqeyini bildirib.
"DM" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O bildirib ki, "hazırda Laçın dəhlizində vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır”.
"Biz inanırıq ki, tərəflər 9 noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”, - Zaxarova vurğulayıb.