Xersonda italyalı jurnalist vurulub
27.04.2023
İtaliyanın "La Repubblica” qəzetinin müxbiri Korrado Zunino Xersonda rus snayperinin açdığı atəş nəticəsində yaralanıb, ukraynalı həmkarı Boqdan Bitik isə həlak olub.
"DM" xəbər verir ki, bununla bağlı Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda hər iki jurnalistin vurularkən üzərinə "Press” yazılı gödəkçə geyindiyi bildirilib.