Xaricdəki Türkiyə vətəndaşları prezident və parlament seçkilərində səs verməyə başlayırlar
27.04.2023
Bu gündən Türkiyənin xaricində və sərhəd məntəqələrində prezident seçkisi və parlamentin yeni tərkibinin səsvermə prosesi başlayıb.
Mərkəzi Seçki Komissiyasının əvvəlki qərarına uyğun olaraq, 75 ölkədə 156 seçki məntəqəsi açılıb. Onlar Türkiyənin diplomatik nümayəndəliklərində yerləşir.
Bundan başqa, respublikanın sərhəd-keçid məntəqələrində, quru keçid məntəqələrində, hava limanlarında və dəniz limanlarında xaricə gedənlərin iradəsini ifadə etmək üçün 4,6 min məntəqə yaradılıb.
Ümumilikdə Türkiyədən kənarda 3,6 milyondan çox vətəndaş səs verə bilər. Azərbaycanda bu göstərici 11 036 nəfərdir.
Mənbə: TRT