Laçın-Xankəndi yolundakı aksiya 137 gündür davam edir
27.04.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"DM" xəbər verir ki, Şuşa rayon ərazisində hava şəraitinin qeyri sabit keçməsinə baxmayaraq ictimai fəallar, aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 137-ci günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 137 gündür davam edir.