Putin: Trampla bunu müzakirə etdik
15.11.2018
Parisdə ABŞ Prezidenti Donald Trampla neft qiymətlərini müzakirə etmişəm.
"Dövran media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin deyib. O, neftin indiki qiymətlərinin stabil olmadığını deyib.
Putin, həmçinin, Avropa dövlətlərini Suriyanın bərpasına yardıma da çağırıb:
"Əgər Avropa yeni miqrant axını istəmirsə, o zaman bütün fobiyalardan xilas olub, Suriya xalqına yardım etməlidir. Avropa Suriyadakı siyasi prosesə yardım etməlidir”.