Ermənistanda hərbi komissar döyülüb, onurğa sümüyü sınıb
26.04.2023
Ermənistanın Tavuş rayonunun hərbi komissarı Lernik Ohanyan döyülüb, onurğa sümüyü sınıb.
"DM" xəbər verir ki, bu barədə yerli "Aravot” nəşri yazıb.
Nəşr bildirib ki, bu yaxınlarda Berddəki yanacaqdoldurma məntəqələrindən birinin ərazisində Ohanyanla iki yerli sakin arasında insident baş verib.
Dava zamanı Ohanyan ağır xəsarət alıb. Xəsarət alan hərbi komissar əməliyyat olunub, hazırda xəstəxanadadır.
Faktla bağlı cinayət işi başlanıb.