Kreml: Quterreşin Taxıl sazişi ilə bağlı göndərdiyi məktub nəzərdən keçirilir
26.04.2023
BMT-nin Baş katibi Antonio Quterreşin Taxıl sazişi ilə bağlı Kremlə göndərdiyi məktub nəzərdən keçirilir.
"DM" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov qeyd edib ki, Taxıl sazişi ilə bağlı Quterreşin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub diplomatik kanallar vasitəsilə çatdırılıb və ona baxılır.