Polşa xarici işlər naziri Gürcüstana səfər edəcək
26.04.2023
Polşa xarici işlər naziri Rau Zbiqnev Gürcüstana səfər edəcək.
"DM" xəbər verir ki bu barədə Polşa XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 26-28-də Tbilisiyə səfəri çərçivəsində Polşa XİN başçısı Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşlər keçirəcək.
"Danışıqların əsas mövzuları Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesində irəliləyişlər və problemlər, eləcə də Rusiyanın Ukraynaya təcavüzündən sonra regionda təhlükəsizlik məsələləri olacaq", - Polşa XİN-dən bildirilib.