Kalın: Türkiyənin Suriya torpaqlarında gözü yoxdur
26.04.2023
"Bizim Suriya torpaqlarında gözümüz yoxdur, əksinə Suriyanın ərazi bütövlüyü Türkiyənin həyata keçirdiyi 3 ana hərbi əməliyyatlar sayəsində qorunub”.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O qeyd edib ki, Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlar keçirməsəydi, ora "terror koridoru” halına gələcəkdi.