Başbuğdan sensasiyalı məqalə: “Atatürk yaşasaydı…”
15.11.2018
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun İmam Xətib Liseylərinin sayının artması ilə bağlı səsləndirdiyi fikirlər ölkədə rezonans yaradıb.
"Dövran Media" xəbər verir ki, o, Türkiyədə dini liseylərin sayının artmasına etiraz edib.
İlkər Başbuğ "Cümhuriyyət” qəzeti üçün yazdığı məqalədə son illərdə baş verən bu artıma diqqət çəkərək qeyd edib:
"İmam Xətib Liseylərinin artırılmasının səbəbi nədir? Bu artıma olan ehtiyac haradan qaynaqlanır? Mustafa Kamal Atatürk yaşasaydı, belə məktəblərin artmasının qarşısını alardı. Atatürk yaşasaydı, görəcəyi ilk iş təhsil-tədris proqramları və dərs kitablarında elm və zəka xaricində olan məsələləri təsbit etdirib, bunların ayırd edilməsi olardı”.