" Bundan sonra da Azərbaycanın yanında olacağıq"
26.04.2023
Biz 44 günlük müharibə zamanı sonuna qədər Azərbaycanın yanında olduq və bundan sonra da olacağıq.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
O qeyd edib ki, Qarabağ Azərbaycan torpağıdır:
"Biz eyni zamanda Ermənistanla da normallaşma prosesini başlatdıq ki, Azərbaycan, Gürcüstan və İran daxil olmaqla digər bölgə dövlətləri ilə birlikdə yeni hüzurlu və stabil ortam yaradaq”.
Kalının sözlərinə görə, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi iqtisadi cəhəddən daha çox Ermənistanın xeyrinə olacaq və onun Türkiyə ilə münasibətlərinə təsir edəcək.
O, həmçinin Ankaranın iki ölkə arasında davam edən sülh prosesini dəstəklədiyini də vurğulayıb.