Nazir məktəblərdəki zəhərlənmə hallarına münasibət bildirib
26.04.2023
Elm və təhsil naziri Emin Əmrullayev son zamanlarda məktəblərdə baş verən zəhərlənmə hallarına münasibət bildirib.
"DM" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən nazir heç bir məktəbin belə hallardan sığortalanmadığını deyib:
"Çalışırıq ki, hər bir hadisəni müvafiq olaraq təhlil edək və gələcəkdə təkrarlanmasının qarşısını alaq".