21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AMB bank və sığorta şirkətlərində yoxlama aparıb

26.04.2023

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2016-cı ildən etibarən yaranmış qısa açıq valyuta mövqeyi problemi cari ilin iyul ayının əvvəllərində Mərkəzi Bankın valyuta satışı hesabına həll edilərək normativ tələbə uyğunlaşdırılıb.

"DM" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Vurğulanıb ki, Bankın likvidlik və valyuta mövqeyi davamlı əsasda nəzarətdə saxlanılır.

AMB həmçinin cari il ərzində nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlığı diqqətdə saxlandığını açıqlayıb: "Bank sektorunda kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənib, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığını artırmış hesablaşma kanalları monitorinq edilib, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib. Hesabat dövründə 5 bankda, 4 bank olmayan kredit təşkilatında və "Azərpoçt” MMC-də hərtərəfli yoxlama, habelə 4 bankda tematik yoxlama aparılıb. Nəzarət alətlərinin səmərəli tətbiqi nəticəsində bankların maliyyə dayanıqlığı qorunub, əhalinin bank sektoruna inamı artıb. Mərkəzi Bank həmçinin, 4 sığorta şirkəti, 1 sığorta agenti, 2 sığorta və təkrarsığorta brokerində növbəti hərtərəfli yoxlamalar keçirilib".