21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşa və Laçında su təchizatı ilə bağlı layihələr nəzərdən keçirilib

25.04.2023

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Laçın şəhərlərində layihələrin icrası ilə tanış olublar.

"DM” agentliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində keçirilən təqdimatda Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər geniş müzakirə olunub. Bildirilib ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra "Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup su mənbələrinin, magistral xətlərin, anbarların və paylayıcı şəbəkələrin vəziyyətini araşdırıb. Şəhərin əsas su mənbəyi olan Kiçik-Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub, bərpa işləri aparılaraq şəhərə suyun verilişi təmin edilib.

2021-ci ildə Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi polad borularla yenilənib. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınaraq alternativ mənbənin yaradılmasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd, nasos stansiyası və 2,6 km uzunluğunda yeni kəmər inşa edilib. 2022-ci ilin dekabrında mənbədən şəhərə suyun verilməsi təmin edilib. Hazırda şəhərin relyef baxımından hündür nöqtələrində mərkəzi su anbarlarının tikintisi davam etdirilir. Növbəti mərhələdə şəhərdaxili su, kanalizasiya və yağış suları şəbəkələrinin, içməli və tullantı sutəmizləyici qurğuların, nasos stansiyasının inşası nəzərdə tutulur.

Laçın şəhərində işlərin gedişi ilə tanış olan Agentliyin sədri Zaur Mikayılova məlumat verilib ki, layihə perspektiv inkişaf nəzərə alınmaqla 18 min nəfərin içməli su və kanalizasiya xidmətlərdən istifadəsinə hesablanıb. Şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilir, quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunur. Su mənbəyindən 426-114 mm diametrli polad borularla 10 kilometr uzunluğunda yüksəktəzyiqli magistral su kəmərinin, nasos stansiyasının, ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikintisi və bərpası işləri davam etdirilir. İndiyə qədər inşası planlaşdırılan 58 kilometr içməli su və 49 kilometr tullantı su şəbəkəsinin böyük hissəsinin tikintisi yekunlaşıb.

Səfər çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zarıslı çayı üzərində tikilmiş sutoplayıcı bəndə, Həkəri çayı üzərində sugötürücü qurğuya, həmçinin Şuşa və Laçın şəhərlərində tikinti sahələrinə baş çəkərək layihələrin icra vəziyyəti ilə yerində tanış olub, müvafiq tapşırıqlar verib