Medvedev nüvə silahı ilə hədələyib: “Əlimiz əsməyəcək”
25.04.2023
"Rusiya lazım gələrsə, əli əsmədən nüvə silahından istifadə edə bilər”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Əlinizdə bir növ silah varsa (mən isə keçmiş prezident kimi bunun nə olduğunu bilirəm), ondan istifadə etməkdə əlinizin əsməyəcəyi müəyyən vəziyyətə hazır olmalısınız. Bütün bu amillər potensial rəqiblərimiz tərəfindən qiymətləndirilməlidir... Dünya xəstədir və çox güman ki, yeni dünya müharibəsi astanasındadır. Bu qaçılmazdır? Xeyr, belə deyil”, - deyə Medvedev bildirib.
Mənbə: Kommersant