21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Deputat: Reket jurnalistlər bizi biabır edir

15.11.2018

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə akkreditasiyadan keçmiş bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib.
"Dövran Media" xəbər verir ki, o deyib ki, buna səbəb onun çıxışlarının təhrif olunmasıdır.
Millət vəkili qeyd edib ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əməkhaqqının 3 faiz həcmində artırılmasını deyib:
"Buradakı bəzi jurnalistlər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində, maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi.
Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz ifadələri tamamilə təhrif edirlər. Mən bu barədə mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.