Xəzər dənizinin şərq sahilində zəlzələ olub
25.04.2023
Qazaxıstanın Mangistau vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Zəlzələnin episentri Fort Şevçenko şəhərindən 187 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: Tengrinews.kz