09 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Biləsuvarda partlayışda həlak olan qadın dəfn edilib

25.04.2023

Biləsuvar şəhərində yaşayış binasında partlayış zamanı həlak olan 1988-ci il təvəllüdlü Günay Əliyeva dəfn edilib.

"Report”un Muğan bürosunun məlumatına görə, o, rayonun Təzəkənd kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Qadının meyiti binanın qarşısına tökülən dağıntılar altından çıxarılıb. Partlayışın dalğası nəticəsində qadının dağıntılarla birlikdə binanın qarşısına atıldığı məlum olub.
Qeyd edək ki, qadının hadisə zamanı xəsarət alan övladları - 2009-cu il təvəllüdlü F.Əliyeva və 2013-cü il təvəllüdlü Y.Əliyevin müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır.