TƏBİB: Biləsuvarda partlayışda xəsarət alanlardan ikisi Yanıq Mərkəzinə təxliyə edilib
25.04.2023
Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə xəsarət alan 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-i kişi cinsi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.
Bu barədə TƏBİB-dən bildirilib.
"Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağırdır", - deyə cavabda qeyd edilib.