21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Britaniya kəşfiyyatı: ruslar Xerson sakinlərini şantaj edir

24.04.2023

Ukraynanın işğal olunmuş ərazilərindəki əhalini Rusiyanın pasportlarını almağa məcbur edirlər.

"DM" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, ruslar Xerson vilayətinin işğal olunmuş hissəsinin sakinlərinə 2023-cü il iyunun 1-dək Rusiya pasportunu qəbul etməyənlərin deportasiya ediləcəyi və əmlaklarının müsadirə ediləcəyi barədə xəbərdarlıq edib.

Kəşfiyyat vurğulayır ki, Rusiya öz pasportlarından Donetsk və Luqanskda olduğu kimi, ruslaşdırılma üçün alət kimi istifadə edir:

"Rusiya hakimiyyəti, xüsusən 2024-cü il prezident seçkisi ərəfəsində işğalı uğurlu kimi təqdim etmək üçün Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın bürokratiyasına inteqrasiyasını sürətləndirir”.