Dağlıq Qarabağda 3 erməni öldü
15.11.2018
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində baş verən avtomobil qəzasında 3 erməni ölüb.
"Dövran Media" xəbər verir ki, bu barədə Ermənistanın "Shamshyan.com” saytı informasiya yayıb.
Hadisə zamanı "Opel” markalı avtomobil 300 metrlik yüksəklikdən dərəyə yuvarlanıb. Nəticədə sərnişinlər Gümrü sakini 57 yaşlı Varazdat Manukyan və Panik kənd sakini 33 yaşlı Andranik Şaqinyan hadisə yerindəcə keçinib. Sürücü 53 yaşlı David Vanyan isə xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, qəza işğal altındakı Ağdərə rayonu ərazisində baş verib.