Suriya təbii sərvətlərinin talan edilməsinə görə ABŞ-dan təzminat tələb edir
23.04.2023
Suriyanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edərək ABŞ və ona bağlı hərbi birləşmələr tərəfindən öz təbii sərvətlərinin talan edilməsinə son qoyulmasını istəyib.
Bu barədə Suriya XİN-nin açıqlamasında bildirilib.
"Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və ölkənin şimal-şərqindəki yataqlardan qeyri-qanuni neft ixracı nəticəsində dəymiş iqtisadi zərərin ödənilməsini tələb edir”, - məlumatda bildirilir.
Mənbə: TASS