21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fransa Sudandan vətəndaşlarını və diplomatları təxliyə edir

23.04.2023

Fransa Xarici İşlər Nazirliyi ikinci həftədir şiddətli döyüşlərin davam etdiyi Sudandan vətəndaşlarını və diplomatik heyəti təxliyəyə başladığını elan edib.

"DM" xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

BFMTV diplomatik mənbəyə istinadən xəbər verir ki, Sudanda 250-yə yaxın Fransa vətəndaşı yaşayır.

Daha əvvəl Rusiyanın Sudandakı səfiri Andrey Çernovol bildirmişdi ki, Sudanın paytaxtı Xartumda döyüş bölgəsində olan demək olar ki, bütün rusiyalılar səfirliyə yerləşdirilib.

Bundan əvvəl ABŞ-ın səfirlik əməkdaşlarını və onların ailə üzvlərini Sudandan təxliyə etdiyi məlum olub.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Ölkənin səhiyyə naziri qarşıdurmalarda ölənlərin sayının 600 nəfərdən çox olduğunu bildirib. Daha sonra Ramazan bayramı günlərində tərəflər arasında 3 günlük atəşkəs əldə olunub.