90 milyon sərnişinə xidmət göstəriləcək
15.11.2018
Bu il Dubayın beynəlxalq hava limanı 90 milyon sərnişinə xidmət göstərməyi planlaşdırır.
"Dövran Media" xəbər verir ki, bu barədə Dubay hava limanının icraçı direktoru Pol Qrifitts bildirib. 2018-ci ilin əvvəlindən Dubay hava limanı 67,5 milyon sərnişin qəbul edib. Keçən illə müqayisədə sərnişinlərin sayı 5,5 faiz artıb.
Qeyd olunur ki, Dubay beynəlxalq hava limanına qoyulan sərmayələrin həcmi də artırılacaq.