Stoltenberq : Vilnüs Sammitində Ukraynaya hərbi dəstək əsas mövzu olacaq
20.04.2023
"Vilnüs Sammitində Ukraynaya hərbi dəstək əsas mövzu olacaq".
"DM" xəbər verir ki, bunu Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
NATO Baş katibi yayda keçiriləcək sammitdə müttəfiqlərin Ukrayna üçün NATO-nun dəstək paketinin daha da gücləndirilməsi barədə razılaşacaqlarını gözlədiyini deyib:
"Təbii ki, Prezident Zelenski üzvlük, təhlükəsizlik təminatları məsələsini Sammitdə qaldıracaq və bu da görüşün gündəmində əsas yer tutacaq.
Ukraynanın gələcəyinin NATO-da olması ilə bütün müttəfiqlər razılaşırlar.
Lakin eyni zamanda, alyansın hazırda diqqət mərkəzində olan məsələ Ukraynanın qalib gəlməsini təmin etməkdir. Bu, Ukraynanın Avropada suveren, müstəqil demokratik dövlət olaraq mövcudluğunun təminatıdır. Bu, həm də Ukraynanın gələcək üzvlüyü ilə bağlı mənalı müzakirələrin aparılmasının yeganə yoludur.
Ona görə də indi əsas diqqət Ukraynaya hərbi dəstəkdədir ki, biz hər gün bunun üzərində işləyirik. Sabah Ukrayna üzrə ABŞ-ın rəhbərlik etdiyi Təmas Qrupunun Ramşteyndə keçiriləcək görüşündə müzakirə edəcəyik. Həmçinin Vilnüs Sammitində Ukraynaya hərbi dəstək əsas mövzu olacaq.
NATO-nun qapısı açıq olaraq qalır və indi gördüyümüz iş, Ukraynaya verdiyimiz dəstək Ukraynanın gələcək üzvlüyünü mümkün edir”.