Qazaxıstan latın əlifbasına keçir
15.11.2018
Qazaxıstanda kiril əlifbasından latın əlifbasına keçid proqramı çərçivəsində 1,5 milyondan çox adam ilk dəfə latın qrafikası ilə kütləvi imla yazma tədbirinə qatılıb.
Eyni zamanda, məktəb, universitet, dövlət idarələrində imla yazılıb.
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən ölkə daxilində ilk dəfə təşkil olunan tədbirə qatılanlar kitabxana və digər təhsil müəssisələrində eyni saatda dinlənilən imlanın səs yazısını latın əlifbası ilə yazıblar.
Qazaxıstan mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı görkəmli ədəbiyyatşünas, idmançı və artistlərlə Astanada Milli Kitabxanada təşkil olunan imla yazı tədbirinə qatılıb.
Nazir, xalqın latın əlifbasına alışması üçün bu cür tədbirlərin davamlı keçiriləcəyini bildirib.