Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 330-a çatıb
20.04.2023
Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 330-a çatıb.
"DM" xəbər verir ki, bu barədə bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün məlumatına görə, 3200 nəfər xəsarət alıb:
"Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında 6-cı gündür davam edən qarşıdurmada ölən mülki vətəndaşların sayı 330-a çatıb, 3200 nəfər yaralanıb”.