İran Buşəhrdə 2 yeni atom elektrik stansiyası tikir
20.04.2023
İran Buşəhrdə 2 yeni atom elektrik stansiyası tikir.
"DM" xəbər verir ki, Buşəhr vilayətinin başçısı Əhməd Məhəmmədizadə Buşəhrdə daha 2 yeni atom elektrik stansiyasının inşa ediləcəyini açıqlayıb.
Vilayət başçısı qeyd edib ki, bu məqsədlə 1500 təsərrüfatlı Halileh və Bəndərgah kəndlərinin sakinlərinin başqa yerlərə köçürülməsinə ehtiyac var.
O əlavə edib ki, sakinlərə lazım olan torpaq sahələri veriləcək. Əhməd Məhəmmədizadə həmçinin Buşəhr vilayətindəki idarə və təşkilatların şəhərdən kənara köçürülməli olduğunu qeyd edib.