Goranboyda oğurluq edib, sonra evi yandıran şəxs tutulub
20.04.2023
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 26-da Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən 17 000 dollar, 550 avro pul və 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda və həmin evi yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.