Rusiya səfiri Moldova XİN-ə çağırılıb
19.04.2023
Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Moldova XİN-in mətbuat katibi Daniel Voda brifinqdə məlumat verib.
O qeyd edib ki, Rusiyanın Kişineudakı səfiri Oleq Vasnetsov öz diplomatik səlahiyyətlərindən istifadə edərək Moldovada arzuolunmaz şəxs elan edilən və ölkəyə buraxılmayan Tatarıstan rəhbəri Rüstəm Minnixanovu hava limanından ölkəyə keçirməyə cəhd göstərib.
Lakin bu plan hava limanının əməkdaşları tərəfindən ifşa edilib və Minnixanov ölkəyə buraxılmayıb.
Moldova hökumətinin sözçüsü Daniel Vode əlavə edib ki, O.Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb və ona səfirlik əməkdaşlarının Kişineu hava limanına xüsusi buraxılışlardan məhrum ediləcəyi və onlardan birinin "persona non grata” elan oluna biləcəyi barədə məlumat verilib.
Mənbə: Sputniknews.ru