İTSDA: Yeni göndəriş qaydaları hazırlanıb, xəstəxanalara təqdim olunacaq
19.04.2023
Artıq bir həftədir regionlardakı tibb müəssisələrində monitorinqlərə başlanılıb.
"DM" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin şöbə müdiri Bəyalı Məmmədov "Tibbi sığorta saatı"nda deyib.
O bildirib ki, ötən il və bu ilin 3 ayı ərzində isə monitorinqlər Bakı şəhəri və Abşeron rayonundakı tibb müəssisələrində aparılıb:
"Ötən il aparılmış monitorinqlərin nəticələri əsasında ilin sonunda böyük tədbirlər planı tərtib edilib. Bu tədbir planına əsasən, yeni göndəriş qaydaları hazırlanıb və yaxın zamanda xəstəxanalara təqdim olunacaq".