ABŞ Türkiyəyə sanksiya təsirlərini aradan qaldırır
14.11.2018
ABŞ Konqresi Türkiyəni hədəfə alan sanksiyaların təsirlərini aradan qaldırmaq üçün səy göstərir.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
"ABŞ-la münasibətlərimiz, NATO üzvlüyümüz və Avropa Birliyinə üzvlük prosesimiz xarici siyasətimiz baxımından əsas və strateji prioritetlərimiz arasındadır. ABŞ-la münasibətlərimizi 2019-cu ildə normal vəziyyətə qaytarmaq iradəsinə sahibik. Tutarlı mövqeyimizdə qarşılıq görəcəyi ölçüdə irəliləyiş əldə edəcəyik”, - Çavuşoğlu bildirib.