Eli Kohen: İsrail-Azərbaycan əməkdaşlığı genişləndirilir, təhlükəsizliyə töhfə verilir
19.04.2023
İsrail xarici işlər naziri Eli Kohen Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
"DM" xəbər verir ki, nazirin sözlərinə görə, İsraildən Azərbaycana gələn heyətin tərkibində təhlükəsizlik, energetika və aqrar sahə ilə bağlı nümayəndələr yer alır.
"Əməkdaşlığı genişlədir, hər iki ölkənin iqtisadiyyatı və təhlükəsizliyinə töhfə veririk. İsrail və Azərbaycan əlaqələrində yeni bir dövrdür”, - paylaşımda deyilir.