FHN: Beyləqanda kanala düşən avtomobilin sürücüsünün meyiti aşkarlanıb
19.04.2023
17.04.2023-cü il tarixində Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" və "Aran" dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.