ABŞ yaydan əvvəl İsveçi NATO-nun üzvü kimi görmək istəyir
19.04.2023
"Biz İsveçi yaydan əvvəl NATO-nun üzvü kimш görmək istərdik".
"DM" "Svenska Dagbladet"ə istinadən xəbər verir ki, bunu İsveçdə səfərdə olan ABŞ müdafiə naziri Llyod Ostin isveçli həmkarı Pal Yonsonla görüşündə deyib.
"Biz İsveçin NATO-ya sürətlə daxil olması istiqamətində səylərimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Çalışacağıq ki, yaydan əvvəl bunu başa çatdıraq. Mən bunu çox vacib hesab edirəm. Tezliklə sizi müttəfiq çağıra biləcəyimizi səbirsizliklə gözləyirəm", - Lloyd Ostin əlavə edib.