Azərbaycana xaricdən pul köçürmələri iki dəfə artıb
19.04.2023
2023-cü ilin mart ayında Azərbaycana sürətli pul köçürmələri vasitəsilə banklara 157 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 28,2 milyon manata bərabər olub.
"DM" xəbər verir ki, 2022-ci ilin mart ayına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 78,3 milyon manat artıb, ölkədən xaricə köçürmələr isə 50,9% və ya 29,2 milyon manat azalıb.