İsrailin müdafiə naziri Liberman istefa verdi
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.
"Dövran Media" bildirir ki, bu qərara onun Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı narazılğı səbəb olub.
"Evimiz İsrail" partiyasının sədri Qəzza zolağında əməliyyatların davam etməsinin tərəfdarı olub.
Bundan əvvəl, o, İsrail KİV-lərinə müsahibədə ölkədə növbədənkənar seçkilərin keçirilməsinin lazım olduğunu demişdi.
A.Liberman 2016-cı ildən müdafiə naziri vəzifəsində işləyib.