Peskov: Qarabağla bağlı üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə əsasdır
19.04.2023
Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Qarabağ üzrə üçtərəfli razılaşmaları vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir.
"DM" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq”, - Peskov Azərbaycan və Ermənistan tərəflərinin son bəyanatlarını şərh edərkən deyib.
Kreml sözçüsünə sözlərinə görə, üçtərəfli razılaşmalar hazırda nizamlanma üçün yeganə real əsasdır: "Ona görə də biz üçtərəfli razılaşmaların bütün müddəalarının icrası yolunda irəliləyişi hər kəs üçün alternativsiz və zəruri hesab edirik”.