Papikyan Hindistanla tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib
19.04.2023
Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanın bu ölkəyə təyin olunmuş yeni səfiri Nilakşi Saha Sinqh ilə görüşüb.
"DM" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib.
"Nazir Ermənistan və Hindistan arasında əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirərək, ikitərəfli tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
Səfir öz növbəsində Hindistan tərəfinin İrəvanla əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib. Həmsöhbətlər regional təhlükəsizliklə bağlı bir sıra məsələləri də müzakirə ediblər", - Nazirliyin yaydığı məlumatda bildirilib.