Qara dəniz "Taxıl Sazişi" çərçivəsində gəmilərin yoxlanışı bərpa olunur
19.04.2023
Qara dəniz "Taxıl sazişi" çərçivəsində gəmilərin yoxlanışı bərpa olunur.
"DM" xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov "Twitter"də bildirib.
"Rusiyanın müqaviləni pozmaq cəhdlərinə baxmayaraq, gəmi yoxlamaları bərpa olunur. Türkiyə, BMT və digər tərəfdaşlarımızla biz bütün tərəflərin öhdəliklərinə və Birgə Koordinasiya Mərkəzinin prosedurlarına uyğun olaraq "Taxıl Sazişi"nin tam icrasını təmin etmək yolları ilə bağlı məsləhətləşmələrimizi davam etdiririk.
Mən Türkiyənin müdafiə naziri Hulusi Akara konstruktiv dialoqa və Qara dəniz "Taxıl Sazişi"nin işinə dəstəklə bağlı aydın mövqeyinə görə təşəkkür edirəm", - ukraynalı nazir bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl ukraynalı nazir Rusiyanın taxıl daşıyan gəmilərin yoxlanışını dayandırdığını bildirmişdi.