Ben Uolles: Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək
19.04.2023
Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək.
"DM"-nın xəbərimə görə, bu barədə "The New York Times" qəzeti yazıb və qeyd edib ki, Uolles Vaşinqtonda jurnalistlərə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılmış əks-hücum əməliyyatına başlayacağına əminliyini ifadə edib. "Mən optimistəm ki, bu il və ya gələn il Ukrayna bu istiqamətdə səylərini davam etdirəcək,” deyə nazir bildirib.
O, qeyd edib ki realist olmaq lazımdır və Rusiya sehrlə dağılmayacaq. Bundan əvvəl "Newsweek” jurnalı Pentaqonun və Amerika kəşfiyyatının internetə sızan məxfi sənədlərinə istinadən məlumat vermişdi ki, ABŞ və müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini aprelin 30-na planlaşdırılan yaz əks-hücumuna fəal şəkildə hazırlayır.