Putinlə Poroşenkonun mühüm telefon danışığı
14.02.2018
"Dövran Media" Zelv.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın rəhbəri Pyotr Poroşenko ilə telefon danışığı aparıb. Ukrainskaya Pravda nəşrinin məlumatına görə söhbət Kiyevin təşəbbüsü ilə keçirilib. Ehtimal olunur ki, söhbətə səbəb ikinci minsk razılaşmasının üçüncü ildönümü ilə bağlıdır. Qəzet yazır ki, tərəflər arasında bir sıra mühüm məsələlər müzakirə olunub. O cümlədən dövlət başçıları norman dördlüyünə daxil olan ölkələrin xarici işlər nazirlərinin gözlənilən görüşü barədə də danışıblar. Xatırladaq ki, XİN başçılarının görüşü fevralın 16-də Almaniyanın Münhen şəhərində keçirilməlidir. Daha sonra Poroşenkonun mətbuat xidməti tərəfindən danışığın aparılması təsdiqlənib – deyə qəzet xəbər verir.