"1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil" - Rafael Hüseynov
14.11.2018
Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq.
"Dövran Media" bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib: "Mədəniyyətə diqqət artırılmalı və büdcədən bu sahəyə ayrılan vəsait artırılmalıdır. Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir".
Deputat bildirib ki, dövlət büdcəsində kinoya ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil: "Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər".