10 04 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

WP: Misir Rusiyaya raket tədarükündən imtina edib

18.04.2023

Misir hökuməti mart ayında ABŞ rəsmiləri ilə danışıqlardan sonra Rusiyaya gizli şəkildə raket tədarükü planını dayandırıb və əvəzində Ukrayna üçün sursat istehsal etməyi qərara alıb.

Bu barədə Pentaqondan sızan sənədlərdən bəlli olur.

Qahirə 152 və 155 mm-lik artilleriya mərmilərinin Kiyevə verilməsi üçün ABŞ-yə satışını təsdiqləyib. Çatdırılmanın baş tutub-tutmadığı məlum deyil.

Misir Xarici İşlər Nazirliyinin sözçüsü məsələ ilə bağlı şərh verməyib.
Bundan əvvəl Misir prezidentinin 40 000-ə qədər raketin "gizli şəkildə Rusiyaya göndərilməsi” barədə göstəriş verdiyi, lakin rəsmilərə "Qərblə problemlərdən qaçmaq üçün istehsal və çatdırılmanı məxfi saxlamağı” tapşırdığı barədə xəbər yayılıb.

Mənbə: The Washington Post