21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

DİN İrana xidmət edən daha bir şəbəkəni ifşa edib - FOTO

18.04.2023

Azərbaycanda din pərdəsi altında cinayətkar fəaliyyət göstərən bir qrup şəxs həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.

Belə ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil edirmişlər. Din pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, "kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.
Sözügedən qrupun başqa üzvlərinin olduğu da ehtimal edilir.