Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib
18.04.2023
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşüb. Söhbət əsnasında Azərbaycanla münasibətlərin normallaşmasına da toxunulub.
Bu barədə hökumətin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, tərəflər həmçinin İrəvan və Bakı arasında dialoq üçün beynəlxalq mexanizmin formalaşdırılması, kommunikasiyaların açılması və s. mövzuları da müzakirə ediblər.
Mənbə: "Sputnik” Ermənistan