Putin Ukraynanın işğal olunmuş ərazilərinə səfər edib
18.04.2023
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Xersona səfər edib.
Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya prezidenti Xersonda "Dnepr” hərbi qruplaşmasının və "LNR”də "Şərq” milli qvardiyasının qərargahında olub.
Yüksək rütbəli zabitlər V.Putinə döyüş sahəsində olan son vəziyyətlə bağlı hesabat təqdim ediblər.
Mənbə: Kremlin.ru