Trampla Mey arasında İran mübahisəsi
14.11.2018
ABŞ Prezidenti Donald Trampla Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı zamanı mübahisə yaranıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Mediaite” informasiya yayıb.
Məlumata görə, liderlərin kəskin danışığına səbəb rəsmi Londonun İranla bağlı nümayiş etdirdiyi mövqe olub. Meyin İrana təzyiq edilməsi üçün kifayət qədər səy göstərmədiyini bildirən Ağ Ev lideri həmçinin ABŞ-ın Avropa ölkələri ilə imzaladığı ədalətsiz ticarət müqavilələrindən narazılığını da baş nazirə çatdırıb.